Bank Of Baku

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin iddia ərizəsi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə göndərilib

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin iddia ərizəsi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə göndərilib
# 03 avqust 2009 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yasamal rayon Məhkəməsində “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə belə qənaətə gəlib ki, iddiaya xüsusi məhkəmə instansiyasında baxılmalıdır. E. Orucovanın iddia ərizəsi və digər sənədlər baxılması üçün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 5 fevral 2009-cu ildə müddəti 7 ay, büdcəsi isə 18 min 610 manat nəzərdə tutulan layihəni şuraya təqdim edib. Şura layihəni 7 min manat məbləğində dəyərləndirilib. Aprelin 10-da birlik layihənin düzgün və şəffaf şəkildə dəyərləndirilməsi xahişi ilə şuranın Apellyasiya Komissiyasına müraciət edib. Komissiya isə aprelin 27-də layihənin maliyyələşdirilməsinin dayandırılmasına qərar verib. Mayın 2-də şura komissiyanın qərarını təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR