Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbuluna başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbuluna başlayıb
# 03 avqust 2009 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Təqaüd Proqramı üzrə 2010-2011-ci tədris ilində xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbulu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Elanın şərtlərinə əsasən, Təqaüd Proqramında iştirak etmək istəyən iddiaçılar Azərbaycan vətəndaşı olmalı, yaşı isə 30-dan yuxarı olmamalıdır. İddiaçı TQDK-nın xətti ilə keçirilən test imtahanından mühəndis ixtisasları üzrə ən azı 100 bal, digər ixtisaslar (iqtisadçı, maliyyəçi, hüquqşünas və s.) üzrə isə ən azı 110 bal toplamalı, xarici dil imtahanlarının (İBT TOEFL üzrə minimal bal 70, İELTS üzrə minimum 6 bal və ya DSH-2) verilməsi barədə sertifikatlar təqdim etməlidir. Sənədlərin təqdim edilməsi üçün son müddət sentyabrın 30-dəkdir. İddiaçılar tərəfindən təqdim olunan sənədlər nəzərdən keçirildikdən sonra seçilmiş namizədlər yekun seçim üçün oktyabr-noyabr aylarında ARDNŞ-a müsahibəyə dəvət ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR