Bank Of Baku

Azərbaycanda “donuz qripi” virusuna yoluxmuş ikinci xəstə də evə buraxılıb

Azərbaycanda “donuz qripi” virusuna yoluxmuş ikinci xəstə də evə buraxılıb
# 03 avqust 2009 12:27 (UTC +04:00)
Onun sözlərinə görə, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında müalicə alan 15 yaşlı yeniyetmənin vəziyyəti yaxşıdır: “Bütün nəzarət analizləri yenidən aparılıb. Xəstənin səhhəti ilə bağlı heç bir problem yoxdur və o, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrdən biri 15 yaşlı yeniyetmə, digəri isə 43 yaşlı qadındır. Virusa yoluxma təsdiqini tapan kimi, qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, yeniyetmə isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib. Avqustun 1-də qripə yoluxmuş qadın sağaldığına görə evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR