Bank Of Baku

Marneuli sakinləri içməli sudan zəhərləniblər

Marneuli sakinləri içməli sudan zəhərləniblər
# 04 avqust 2009 07:06 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstasnda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Ambarovka kənd sakinləri içməli sudan zəhərləniblər. Bu barədə APA-ya kənd sakini Saleh İsmayılov bildirib. Məlumata görə, zəhərlənməyə kəndə yenicə çəkilmiş içməli su borusundan axan sudan istifadə səbəb olub. Şahidlərin dediyinə görə, su boruları yerin altında qırılıb və kəndə gedən içməli suya qrunt suları qarışıb.
İndiyədək 6 kənd sakini hepatit xəstəliyi diaqnozu ilə Rustavi şəhər xəstəxanasına yerləşdirilib. Ambarovka kəndinin daxil olduğu ərazi kənd icra nümayəndəsi Vaqif İsmayılov APA-ya açıqlamasında bildirib ki, hazırda xəstələrin vəziyyəti normaldır və müvafiq müalicə kursu keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR