Bank Of Baku

Qardabaniyə yağan güclü yağış əhaliyə ciddi ziyan vurub

Qardabaniyə yağan güclü yağış əhaliyə ciddi ziyan vurub
# 04 avqust 2009 07:12 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərlı və Kosalı kəndlərində dünən axşamdan yağan güclü yağış əhaliyə böyük ziyan vurub. Gürcüstanın Reinteqrasiya məsələləri üzrə müşaviri Savalan Mirzəyev APA-nın Gürcüstan bürosuna bildirib ki, bu gün səhər saatlarında sel suları 500 azərbaycanlı ailəsinə ciddi ziyan vurub, Kosalı orta məktəbinin sinif otaqlarına su dolub. Hadisə yerinə gətirilən traktorlar və texnikanın sayəsində arxlar açılıb, sel sularının məcrası dəyişdirilib. Çaylarda suyun səviyyəsi nisbətən aşağı düşüb. Rayon fövqəladə hallar komissiyası tərəfindən əhaliyə dəyən ziyan hesablanır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qardabani İcra Hakimiyyətinin başçısı Zviad Epitaşvili, rayon bələdiyyəsinin sədri Xanəhməd Qəribov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, reinteqrasiya məsələləri üzrə müşavir Savalan Mirzəyev hadisə yerində olublar. Kəndlərdə müvafiq tədbirlər görülür, təbiətlə mübarizədə əlavə qüvvələr səfərbərliyə alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR