Bank Of Baku

Moskva ətrafında yeni Çerkizov bazarı tikilə bilər

Moskva ətrafında yeni Çerkizov bazarı tikilə bilər
# 04 avqust 2009 07:34 (UTC +04:00)
APA-nın “Kommersant” qəzetinə istinadən xəbərinə görə, Lenin rayon rəhbərliyinə 40 hektar ərazini əhatə edəcək ticarət mərkəzinin tikintisi təklifi ilə Çin diasporunun nümayəndələri müraciət edib.
Yeni bazarın inşa oluna biləcəyi yerlərdən biri Salaryevo və Nikoloxolamsk kəndlərinin ərazisi ola bilər. Ehtimal olunan ərazi qəbiristanlıq və sənaye tullantılarının toplandığı yer arasındadır. Ekspertlərin fikrincə, ərazinin sahibi olan şirkət oranı 20 milyon dollara sata bilər.
Qeyd edək ki, Çin hökumətinin nümayəndə heyəti Çerkizov bazarının bağlanmasından sonra işsiz qalan vətəndaşlarının taleyi ilə bağlı rusiyalı həmkarları ilə danışıqlar aparıb. Danışıqların nəticələri açıqlanmayıb. Moskva meri Yuri Lujkov isə bəyan edib ki, bağlanmış bazarın ticarətçilərinin işə düzəldilməsi məsələsi ilə məşğul olmaq fikrində deyil.
Xatırladaq ki, Moskvanın ən böyük bazarı olan Çerkizov bazarının fəaliyyəti 29 iyun 2009-cu ildə dayandırılıb. Nəticədə müxtəlif ölkələrdən olan 100 mindən artıq ticarətçi işsiz qalıb. Onların arasında azərbaycanlılar da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR