Bank Of Baku

Tiflisdə BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Regional Yardım Proqramı üzrə təlim keçirilir

Tiflisdə BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Regional Yardım Proqramı üzrə təlim keçirilir
# 04 avqust 2009 08:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti, Cənubi Qafqazın digər ölkələri ilə yanaşı, bu gün Tiflisdə başlayacaq regional təlimdə iştirak edəcək. Bu barədə APA-ya BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramının Azərbaycan nümayəndəliyindən bildirilib. Məlumata görə, tədbir Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Cənubi Qafqaz ölkələrində icra etdiyi “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramının 5-ci mərhələsinin 2-ci komponenti (Hüquqi Yardım) çərçivəsində reallaşır.
Regional təlimin keçirilməsində əsas məqsəd bu komponent çərçivəsində görülmüş işlərin təhlili, qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, bütövlüklə bu sahədə mövcud hüquqi vəziyyətin qiymətləndirilməsi, həmçinin narkotiklərdən istifadə ilə əlaqədar inzibati və cinayət halları ilə bağlı məsələlərin nəzərdən keçirilməsindən ibarətdir. Tədbirdə Avropa Komissiyasının, BMT-nin İnkişaf Proqramının, Cənubi Qafqaz ölkələrinin aidiyyatı dövlət strukturlarının, (Milli Məclis, Ədliyyə Nazirliyi, Baş Prokurorluq) həmçinin Dövlət Komissiyasının səlahiyyətli nümayəndələri və SCAD Proqramının rəhbərliyi iştirak edəcəklər.
SCAD Proqramının Hüquqi Yardım layihəsi üzrə beynəlxalq eksperti cənab Anrev Vellisin təqdimatında əks olunmuş qeydlər və bu istiqamətdə verilən tövsiyyələr, habelə beynəlxalq qanun və normalar, narkotiklərlə bağlı qanun pozuntuları, cərimələr, sanksiyalar və başqa alternativ tədbirlər sahəsində mövcud Avropa təcrübəsi ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılacaq.
Sonda regional təlim iştirakçılarına xüsusi sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR