Bank Of Baku

Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq tələbə proqramı üzrə regional yarış keçiriləcək

Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq tələbə proqramı üzrə regional yarış keçiriləcək
# 04 avqust 2009 10:44 (UTC +04:00)
Bakı-APA. Avqustun 5-8-də Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq tələbə proqramı üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional yarışı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışda Azərbaycan, Qazaxstan, Qırğızstan və Tacikistan komandaları iştirak edəcəklər. SİFE üzrə regional yarışın keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək, SİFE yarışı üzrə Azərbaycan komandalarının bacarıqlarını və təcrübələrini artırmaqdan ibarətdir.
“Tələbələr azad sahibkarlıq fəaliyyətində” (students in free enterprises - SİFE) beynəlxalq tələbə proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandalar hər il keçirilən Dünya çempionatlarında öz ölkələrini və universitetlərini təmsil edirlər.
Azərbaycanı bu yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin komandaları təmsil edəcəklər.
Regional yarışda iştirak edən komandaların layihələri yerli və beynəlxalq Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR