Bank Of Baku

UNİCEF-in Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

UNİCEF-in Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
# 04 avqust 2009 10:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub. Bu barədə APA-ya təşkilatın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan nümayəndəliyinə Mark Hervord təyin edilib. M. Hervord bir neçə gün əvvəl UNİCEF-in Azərnaycan nümayəndəliyinin sabiq rəhbəri Məhəmməd Bendriss Ələmidən səlahiyyətləri təhvil alaraq vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, M. Hervord britaniyalıdır. O, hazırki vəzifəsindən əvvəl UNİCEF-in Nyu-Yorkdakı Baş Qərərgahında İdarəçilik və Çoxtərəfli Əməkdaşlıq Bölməsində BMT-nin Kordinasiya Qrupunun baş məsləhətçisi kimi çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR