Bank Of Baku

Minimal bal həddini keçən abituriyentlərə ixtisas seçimi etmək üçün verilən vaxt başa çatıb

Minimal bal həddini keçən abituriyentlərə ixtisas seçimi etmək üçün verilən vaxt başa çatıb
# 04 avqust 2009 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak edən və tələb olunan minimal bal həddini keçən abituriyentlərə ixtisas seçimi etmək üçün verilən vaxt başa çatıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, iyulun 25-dən başlayan internet vasitəsi ilə ixtisas seçimi ərizələrini doldurulub təsdiq edilməsi avqustun 3-ü saat 00.00-da başa çatmalı idi: “müəyyən sayda abituriyentlər var ki, onlar ərizələrini yazıblar, amma təsdiq etməyi unudublar. Bunu nəzərə alaraq TQDK saat 15.00-a qədər imkan yaradıb ki, onlar ərizələrini təsdiq etsinlər”. E. Nağızadə bildirib ki, saat 14.30-a qədər artıq 32 min 730 abituriyent ərizələrini təsdiq edib.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, sabah ali məktəbə daxil olmuş abituriyentlərin siyahısı qurumun internet saytında yerləşdiriləcək və həmçinin “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR