Bank Of Baku

Azərbaycan səfiri Qardabanidə baş verən təbii fəlakətlə bağlı Gürcüstan prezidentinə müraciət edib

Azərbaycan səfiri Qardabanidə baş verən təbii fəlakətlə bağlı Gürcüstan prezidentinə müraciət edib
# 05 avqust 2009 07:09 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Qardabani rayonunun güclü leysan yağışlarından zərər çəkmiş kəndlərində olub. Bu barədə APA-nın Gürcüstan bürosuna səfirliyin mətbuat xidmətindən bildirilib. Gürcüstan parlamentinin deputatı Ramin Bayramov isə APA-ya açıqlamasında qeyd edib ki, N. Əliyev Nəzərli, Kosalı, Candar və Vaxtanqisi kəndlərində olub və zərərçəkənlərlə görüşüb söhbət edib. Onun sözlərinə görə, kənd əhalisinin mal-qarasına, evlərinə ciddi ziyan dəyib. Kosalı və Nəzərli orta məktəblərinə çirkab suları dolub. Məlumata görə, kəndlərin sakinləri Azərbaycanın Gürcüstandakı səfirinə yerli icra nümayəndəliklərinin operativ işləməməsindən şikayətləniblər, intensiv yağan yağışların nəticəsində epidemiyanın və digər infeksiyalı xəstəliklərin yayılacağını qeyd ediblər. Qardabani rayon İcra Hakimiyyəti rəhbərliyinin hesablamalarına görə iki gün ərzində 3500-dən çox evə ziyan dəyib.
N. Əliyevin təbii fəlakətin nəticələri ilə bağlı Gürcüstan prezidentinə və Kvemo-Kartli bölğə qubernatoru David Kirkitadzeyə müraciət etdiyi bildirilib. Müraciətdə qeyd edilib ki, soydaşlarımıza dəyən zərər hesablanmalı, təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR