Bank Of Baku

Bu gün və sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq

Bu gün və sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq
# 05 avqust 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avqustun 7-də axşam Azərbaycanın qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya daxil olan məlumata görə, qərb rayonlarında küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i və 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s, gündüz cənub-şərq küləyinin sürəti isə 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə təşkil edəcək.

Avqustun 7-də isə axşam buludluluğun artacağı gözlənilir. Havanın temperaturu gecə 22-26, gündüz 32-36 dərəcə isti olacaq.

Dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR