Bank Of Baku

Azərbaycanın Başkənd qəsəbəsinin ermənilərdən azad edilməsinin 17-ci ildönümü qeyd olunacaq

Azərbaycanın Başkənd qəsəbəsinin ermənilərdən azad edilməsinin 17-ci ildönümü qeyd olunacaq
# 05 avqust 2009 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin ermənilərdən azad edilməsinin növbəti ildönümü qeyd olunacaq. Millət vəkili Nazim Məmmədovun APA-ya verdiyi məlumata görə, avqustun 9-da adıçəkilən qəsəbədə keçiriləcək tədbirdə 1992-ci ildə həyata keçirilən “ Başkənd” əməliyyatında iştirak etmiş döyüşçülər və həmçinin, ziyalılar iştirak edəcək. Millət vəkili bildirib ki, Başkəndin azad olunması ilə bağlı bu tipli tədbirlər hər il keçirilir.
Qeyd edək ki, Başkənd qəsəbəsi Gədəbəy rayonu ərazisində yerləşsə də, Ermənistan ərazisi sayılıb. Qarabağ müharibəsi başlayandan sonra qəsəbə tamamilə erməni silahlı qüvvələrinin nəzarəti altında olub. Sonradan Azərbaycan silahlı qüvvələri həmin ərizəni ermənilərdən təmizləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR