Bank Of Baku

Leysan yağışların Tovuza vurduğu ziyan hesablanıb

Leysan yağışların Tovuza vurduğu ziyan hesablanıb
# 05 avqust 2009 16:04 (UTC +04:00)
Tovuz. Cəmşid Bəxtiyar – APA. Dünən Tovuz rayonuna yağan güclü leysanın bölgəyə vurduğu ziyanın statistik nəticələri artıq hazırdır. Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, leysan və onun yaratdığı daşqınlar rayonun Abulbəyli kəndində 3 evi və icra nümayəndəliyinin binası, Aşağı Öysüzludə 1, Bozalqanlıda 3, Alakolda 1, Aşağı Ayıblıda 2, Qaradaşda 1 fərdi yaşayış binasını yararsız hala salıb. Bununla yanaşı, sel Tovuz şəhərinin ötürücü su kanalı, yerli bələdiyyənin inzibati binasını lil və torpaqla doldurub. Qaradaş kəndində yeganə keçid körpüsünü də sel aparıb. Rayona dəymiş ziyanın müəyyən edilməsi və aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR