Bank Of Baku

TQDK yeni tələbələrə qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşmək üçün 10 gün vaxt verib

TQDK yeni tələbələrə qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşmək üçün 10 gün vaxt verib
# 06 avqust 2009 08:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009/2010-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 7-dən 17-nə qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar: “Avqustun 17-nə kimi onlar qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, o zaman bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək”.

E. Nağızadə onu da qeyd edib ki, ali məktəblərdə boş qalmış yerlər var və bununla bağlı TQDK elan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR