Bank Of Baku

Səbail rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsində abadlaşdırma işləri həyata keçirir

Səbail rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsində abadlaşdırma işləri həyata keçirir
# 06 avqust 2009 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan “Abad həyət” layihəsinə əsasən rayonun Badamdar qəsəbəsindəki Tofiq Məmmədov küçəsi-9 ünvanında yerləşən abadlaşdırma işləri yekunlaşıb. İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmin ərazidə qısa müddət ərzində sakinlərin istirahəti üçün 3 ədəd söhbətgah, kiçik yaşlı uşaqlar üçün yelləncəklər və əyləncə qurğuları quraşdırılıb, həyətin mərkəzində 450 kvadratmetr sahədə yaşıl örtüklü mini futbol meydançası qurulub, 2200 kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Layihənin davamı olaraq icra hakimiyyəti Tofiq Məmmədov küçəsi-22 ünvanındakı həyətdə də avqustun ilk günlərindən abadlıq işlərinə başlayıb. Layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR