Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerin təkinin mühafizəsi sahəsində 6 iş üzrə 4800 manat məbləğində iddia qaldırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerin təkinin mühafizəsi sahəsində 6 iş üzrə 4800 manat məbləğində iddia qaldırılıb
# 06 avqust 2009 13:02 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 20-27 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 göstəriş verilib. Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunub, 2 məcburi göstəriş verilib, 6 iş üzrə 4800 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 10 akt və protokol tərtib olunub, 1 məcburi göstəriş verilib. 5 iş üzrə 24 000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt tərtib olunub, 2 iş üzrə 5700 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR