Bank Of Baku

Binəqədi rayonu ərazisində yerləşən palçıq vulkanının ətəyində salınan qanunsuz tikililərin sökülməsinə başlanılıb

Binəqədi rayonu ərazisində yerləşən palçıq vulkanının ətəyində salınan qanunsuz tikililərin sökülməsinə başlanılıb
# 07 avqust 2009 08:27 (UTC +04:00)
Bakı-APA. Bakının Binəqədi rayonu ərazisində yerləşən Keyrəki palçıq vulkanının ətəyində salınan qanunsuz tikililərin sökülməsinə başlanılıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu” Dövlət Təbiət Qoruğu tərəfindən Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə ünvanlanmış müraciətləri əsasında atılır. İyulun 31-dən adı göstərilən qurumların dəstəyi ilə həyata keçirilən tədbirlərin məqsədi, Keyrəki palçıq vulkanlarının dağıdılmasının qarşısının alınması, bu unikal təbiət abidəsinin mühafizəsinin təmin edilməsi ilə yanaşı, burada qeyri-qanuni məskunlaşmış əhalini hər an baş verə biləcək vulkan püskürməsi kimi təhlükədən qorumaqdan ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini palçıq vulkanlarına yaxın ərazilərdə fərdi yaşayış evləri inşa etməkdən çəkinməyə, bununla da özləri və ailələrinin həyatlarına təhlükə törədə biləcək fövqəladə təbiət hadisələrindən qorumağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR