Bank Of Baku

TQDK sədri Məleykə Abbaszadə: 250 keçid balını toplamış abituriyentlər boş qalmış yerlərə sənəd vermək hüququna malikdirlər

TQDK sədri Məleykə Abbaszadə: 250 keçid balını toplamış abituriyentlər boş qalmış yerlərə sənəd vermək hüququna malikdirlər
# 07 avqust 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu il tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə keçirilən imtahanların yekunları ilə bağlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Abbaszadə bildirib ki, imtahanlardan sonra ali məktəblərdə ümumilikdə 1554 boş yer qalıb. Onun sözlərinə görə, həmin yerlərə əlavə qəbul avqustun 7-dən 11-dək keçiriləcək. Komissiya sədri bildirib ki, 250 keçid balını toplamış abituriyentlər boş qalmış yerlərə sənəd vermək hüququna malikdirlər.

M. Abbaszadə qeyd edib ki, I ixtisas qrupunda 7 boş yer qalıb. Bu qrupda ali məktəbə qəbul olmayanların isə 991 nəfəri keçid balını toplayıb. II ixtisas qrupunda Azərbaycan bölməsində 584, rus bölməsində 6 boş qalıb. Burada isə 741 nəfər keçid balını toplayıb. III ixtisas qrupunda 288 boş yer var ki, bu yerlərə də 1867 nəfərin müraciət etmək hüququ var. M. Abbaszadə bildirib ki, II qrup abituriyentlərinin biri 550-575 bal toplasa da, heç bir ali məktəbə daxil ola bilməyib. Buna səbəb onun seçdiyi ixtisasların hamısının qəbul balının 600-dən yuxarı olmasıdır. IV qrupda isə boş yer qalmayıb.

M. Abbaszadə ali məktəblərdə boş qalan yerlərlə bağlı məlumatların, ixtisas kodlarının “Abituriyent” jurnalının 7-ci sayında dərc edildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR