Bank Of Baku

Məleykə Abbaszadə: “TQDK-nın internet saytında yaranan problem bizimlə bağlı deyil”

Məleykə Abbaszadə: “TQDK-nın internet saytında yaranan problem bizimlə bağlı deyil”
# 07 avqust 2009 09:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanan gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yaranan problem bizimlə bağlı deyil”. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, saytda bir saniyə ərzində 80 min nəfərə cavab vermək imkanı var: “İstifadəçilər bizim müqaviləmiz olan provayderlə sayta daxil olsalar, o zaman belə problemlər yaranmaz. Amma Azərbaycanda onlarla provayder var, onların özlərinin də arasında müqavilələr var. O müqavilələrdə də müəyyən internet sürəti göstərilib ki, bu sürətdən artıq şəxs daxil olduqda belə problemlər yaranır. Ona görə də bu, bizdən asılı olan bir məsələ deyil, ölkədə olan internet sisteminin problemidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR