Bank Of Baku

İçərişəhərdə bu vaxta qədər məlum olmayan quyu aşkarlanıb

İçərişəhərdə bu vaxta qədər məlum olmayan quyu aşkarlanıb
# 07 avqust 2009 12:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İçərişəhərdə aparılan təmir-abadlıq işləri zamanı bu vaxta qədər heç kimə məlum olmayan quyu aşkar olunub. “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri APA-ya açıqlamasında bildirib ki, quyu ərazidə işləyənlər tərəfindən 2 gün əvvəl tapılıb. Onun sözlərinə görə, Mirmöhsün Ağanın evinin yaxınlığında yerləşən quyudan hansı məqsədlə istifadə olunduğu hələlik bəlli deyil. R. Azəri quyuya qədim su xətinin daxil olduğunu və həmçinin, çıxdığını bildirib. O, aşkar olunmuş quyu ilə bağlı aidiyyatı qurumlara müraciət olunacağını və araşdırma aparılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR