Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

Azərbaycanın bəzi rayonlarında leysan yağacağı, dolu düşəcəyi ehtimalı var
# 07 avqust 2009 13:23 (UTC +04:00)
Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 32-35°. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° təşkil edəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidremeteorologiya Departamentindən bildirilib. Avqustun 9-da isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-24°, gündüz 28-30° dərəcə olacaq. Avqustun 10-da isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-22°, gündüz 27-30° təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 8-də yağmursuz hava olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-38°, dağlarda gecə 14-17°, gündüz 24-27° olacaq. Avqustun 9-10-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34°, dağlarda gecə 10-15°, gündüz 20-25° təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR