Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları cənub bölgəsində polis şöbələrinin təcridxanalarında olublar

Ombudsman Aparatının əməkdaşları cənub bölgəsində polis şöbələrinin təcridxanalarında olublar
# 07 avqust 2009 15:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Ombudsman Aparatının nümayəndələri ölkənin cənub bölgəsində rayon polis şöbələrinin Müvəqqəti Saxlanma Təcridxanalarında olublar və əhali ilə görüşlər keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 12 avqust – Beynəlxalq Gənclər Günü münasibəti ilə Salyan, Neftçala, Biləsuvar, Masallı, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarında maarifləndirici tədbirlər keçirilib. Tədbirdə Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolunun artdığı, onların fəallığının yüksəldiyi, insan hüquq və azadlıqlarının təmin olunmasında cəmiyyətin bütün təbəqələri ilə yanaşı, gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Ombudsman Aparatının nümayəndələri həmçinin 2009-cu ilin ölkəmizdə Uşaq ili elan olunduğunu və bununla əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd ediblər.
Bundan başqa Ombudsmanın ünvanına daxil olan müraciətlər əsasında Neftçala və Astara rayonlarında araşdırmalar aparılıb. Ombudsman Aparatının nümayəndələri həmçinin bölgənin rayon Polis Şöbələrinin Müvəqqəti Saxlanma Təcridxanalarına baş çəkib, orada saxlanılan şəxslərlə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR