Bank Of Baku

Tərtərdə aramsız yağışlar nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb

Tərtərdə aramsız yağışlar nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb
# 08 avqust 2009 07:25 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Ötən gecədən Tərtər rayonuna aramsız yağışlar yağmağa başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun bəzi yaşayış məntəqələri su altında qalıb. Tərtərin Dəmirçilər kəndidə sel suları yaşayış evlərinə dolub.
Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-ya bildirib ki, sel suları tələfat törətməsə də, bəzi yaşayış evlərinə ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR