Bank Of Baku

Azərbaycanın şimal rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur

Azərbaycanın şimal rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur
# 08 avqust 2009 09:21 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA Avqustun 7-si gününün ikinci yarısından etibarən Azərbaycanın şimal rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur. APA-nın şimal bürosunun xəbərinə görə, Siyəzən, Dəvəçi, Xaçmaz, Quba və Qusar rayonlarında axşam saatlarından başlayaraq bu gün səhər saat 8-dək leysan xarakterli yağış yağıb.
Quba Regional Hidrometeorologiya müəssəsindən APA-ya veriləm məlumata görə, əsasən Quba və Qusar rayonlarının Xınalıq, Qırız, Kuzun kimi ucqar yaşayış məntəqələrində daha çox yağıntı düşüb (20-25 mm).
Şimal-qərb istiqamətindən daxil olan soyuq hava kütləsi bölgədə temperaturun 6-8 dərəcə aşağı düşməsinə səbəb olub. Leysan xarakterli yağışlar nəticəsində dağ çaylarında suyun həcmi bir neçə kubmetr artıb. Bölgədə yenidən sel təhlükəsi yarandığından şimal rayonlarının fövqəladə hallar komissiyaları, həmçinin suvarma sistemləri idarələrinin texnikaları müvafiq ərazilərdə çayların daşmaması üçün qabaqlayıcı tədbirlərə başlayıb. Leysan xarakterli yağışlar yaylaqlarda ot yığımına ciddi ziyan vurub. Qubanın Qırız kənd sakinləri biçilən otların çox hissəsinin yararsız hala düşdüyünü, mal-qara üçün qış yem tədarükünün hazırlanmasının mümkün olmadığını bildiriblər. Qeyri-sabit hava şəraiti bölgədə avqustun 12-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR