Bank Of Baku

Qazaxda “Gənc Liderlər üçün Yay Universiteti”nin açılış mərasimi keçirilib - FOTOSESSİYA

Qazaxda “Gənc Liderlər üçün Yay Universiteti”nin açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 avqust 2009 07:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatıçılığı ilə Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”nin aşılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov gənclərin bu səpkili tədbirlərdə iştirakının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, gənclərin belə layihələrdə iştirakı vahid güc olaraq fəaliyyətinə stimul verə bilər.
“İrəli” İctimai Birliyinin sədri Cehun Osmanlı bildirib ki, bu kimi tədirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüş formalaşdırılmasına imkan yaradır. Yay universitetinin əhəmiyyəti barədə danışan C. Osmanlı deyib ki, buraya gənclər fəallığına, bilik və bacarıqlarına görə seçilib.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev dövlətin gənclər siyasəti haqqında danışıb. Tədbirin əhəmiyyətini vurğulayan F. Hacıyev layihənin maarifləndirmə imkanları haqda da öz fikirlərini söyləyib. F. Hacıyev bu gün ölkədə yay düşərgələrinin sayının 10-dan artıq olduğunu da vurğulayıb.
Tədbir yay universitetinin qrupları şəklində davam etdirilib.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçiriləcək “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edəcək. Gənclər “Uğur”, “Tərəqqi”, “Etimad” və “İnkişaf” adlı qruplara bölünərək gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR