Bank Of Baku

Azərbaycanda qeyri-sabit hava şəraiti avqustun 13-nə qədər davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti avqustun 13-nə qədər davam edəcək
# 10 avqust 2009 07:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda qeyri-sabit hava şəraiti avqustun 13-nə qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova APA-ya bildirib ki, bəzi rayonlarda leysan yağışları və sel proqnozlaşdırılır. G. Məmmədova bildirib ki, hava şəraitinin dəyişməsinə səbəb soyuq hava kütləsinin ölkəyə daxil olmasıdır: “Şimal qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması və Xəzər dənizini əhatə etməsi ilə əlaqədar havam şəraiti dəyişilib, qeyri-sabit keçir, temperatur 6-8 dərəcə aşağı düşüb. Yağışların intensiv olması ilə əlaqədar olaraq çaylarda sululuğun artacağı və bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel olacağı ehtimalı da var”.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, havanın temperaturu gecə saatlarında 18-20, gündüz 24-26 dərəcə təşkil edəcək. Rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi qərb rayonlarında yağışların gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə saatlarında 19-24, gündüz 26-31, dağlarda gecə saatlarında 8-13, gündüz 15-20 dərəcə təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR