Bank Of Baku

Ətraf mühitə zərər vurulmasına görə 1800 manat məbləğində cərimə tətbiq edilib

Ətraf mühitə zərər vurulmasına görə 1800 manat məbləğində cərimə tətbiq edilib
# 10 avqust 2009 07:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamenti ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmanı davam etdirir. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 göstəriş verilib. Yerin təkinin mühafizəsi sahəsində 4 akt və 5 protokol tərtib olunub, 3 iş üzrə 1800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 14 akt və protokol tərtib olunub, 38 məcburi göstəriş verilib, floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt, faunanın mühafizəsi üzrə isə 2 akt və protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR