Bank Of Baku

BMT-nin baş katibi Pan Gi Mun 12 avqust – Beynəlxalq Gənclər günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Pan Gi Mun 12 avqust – Beynəlxalq Gənclər günü ilə bağlı müraciət yayıb
# 10 avqust 2009 09:36 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun 12 avqust – Beynəlxalq Gənclər günü ilə bağlı müraciət yayıb. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Müraciətdə deyilir ki, bu ilki Beynəlxalq Gənclər günü “Davamlılıq bizim vəzifəmiz və gələcəyimizdir” mövzusundadır: “Bu, bütün gənc kişilərə və qadınlara ünvanlanan birgə fəaliyyəti üçün qlobal çağırışdır. Gənclər davamlı inkişaf yolunda əsas tərəfdaş olduqlarını artıq sübut yetiriblər. Onlar Davamlı İnkişaf Komissiyası kimi beynəlxalq forumlarda yaxından iştirak edir, öz hökumətləri və cəmiyyətlərinə yoxsulluğun azaldılması strategiyaları, sahibkarlıq proqramları, müxtəlif layihələr və təşəbbüslərin həyata keçirilməsində köməklik göstərirlər. Gənclər ən çox ətraf mühitə zərər verməyən sağlam həyat tərzləri və mobil cihazlar, internetdəki sosial şəbəkələr kimi yeni texnologiyalardan daha səmərəli istifadə etmələri ilə yada salınırlar. Onlar bizim tam dəstəyimizə layiqdir: gənclər təhsillə, müvafiq səhiyyə xidmətləri, iş yerləri, maliyyə xidmətləri və ictimai həyatda iştirak etmə imkanları ilə tam şəkildə təmin olunmalıdırlar. Gəlin Beynəlxalq Gənclər günündə gənclərin inkişafı üçü üzərimizə götürdüyümüz öhdəliyi yenidən yada salaq. Davamlılıq bizi irəliyə aparacaq ən ümidverici yoldur və gənclər də bu yolda rəhbərlik edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR