Bank Of Baku

Dövlət Baytarlıq Xidməti: “Azərbaycanda qarayara xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik durum sabitdir”

Dövlət Baytarlıq Xidməti: “Azərbaycanda qarayara xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik durum sabitdir”
# 10 avqust 2009 10:07 (UTC +04:00)
Bakı-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) kütləvi informasiya vasitələrində Azərbaycanın heyvandarlıq təsərrüfatlarını qarayara xəstələliyinin bürüməsi barədə yayılan məlumatlarla əlaqədar açıqlama yayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada qeyd edilib ki, son illər Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan profilaktiki tədbirlər sayəsində heyvanlar arasında bu xəstəliyə təsadüf olunmur: “Əvvəlki illərdə olduğu kimi, bu ilin 1-ci və 2-ci rübləri ərzində ölkəmizdə xəstəliyə həssas bütün kənd təsərrüfatı heyvanları dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış vaksinlə qarayara xəstəliyinə qarşı peyvənd olunublar. Odur ki, heyvandarlıq təsərrüfatlarını qarayara xəstəliyinin bürüməsi barədə yayılan məlumatın heç bir əsası yoxdur və bu tamamilə yanlışdır. Dövlət Baytarlıq Xidməti olaraq bir daha xatırladırıq ki, Azərbaycanda qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri vaxtlı-vaxtıda həyata keçirilir. Ölkədə qarayara xəstəliyinə görə epizootik vəziyyət sabit və stabildir. İndiyə qədər isə peyvəndləmə əlaqədar heç bir fermerin narazılığı eşidilməyib və bu barədə xidmət məlumat daxil olmayıb”.
Açıqlamada bildirilib ki, heyvanlar arasında xəstəliyin yayılmasının qarşısının alınmasının mümkünsüzlüyü barədə fikirlər də tamamilə yanlışdır: “Çünki heyvanlar bu xəstəliyə qarşı vaxtlı-vaxtında peyvənd olunur və ehtiyat üçün kifayət qədər vaksin var. Bu məlumatların hansı mənbədən alındığı məlum deyil”.
DBX bir daha bəyan edib ki, Azərbaycanda qarayara xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik durum sabitdir və bu sabitliyə tam nəzarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR