Bank Of Baku

Qeyri-sabit hava şəraiti nəticəsində Ağdam rayonunda xeyli evə ziyan dəyib

Qeyri-sabit hava şəraiti nəticəsində Ağdam rayonunda xeyli evə ziyan dəyib
# 10 avqust 2009 10:19 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Azərbaycanın Ağdam rayonunda xeyli yaşayış binası zərər çəkib. Ağdam rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi Mənsur Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, avqustun 8-dən etibarən başlayan güclü külək məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 3 evin və sakinlərin özləri tərəfindən inşa olunmuş yardımçı binaların dam örtüyünü tamamilə uçurub. Bir neçə evin dam örtüyü isə müxtəlif dərəcələrdə ziyan çəkib. İki evin yan divarı çatlayıb. Qəsəbədəki məktəbin idman zalının da dam örtüyünü külək tamamilə sıradan çıxarıb. M. Quliyevin sözlərinə görə, qəsəbələrin salınmasında iştirak etmiş tikinti təşkilatları hazırda zərər çəkmiş evlərin təmir və bərpası işini həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR