Bank Of Baku

Magistral yollarda yük avtomobillərindən istifadə qaydalarını tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirilib

Magistral yollarda yük avtomobillərindən istifadə qaydalarını tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirilib
# 10 avqust 2009 13:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Nəqliyyat Nazirliyi Respublika Baş Dövlət Yol Polis İdarəsi ilə birgə ölkədaxili magistral yollarda iri tonnajlı yük avtomobillərindən istifadə qaydalarını tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov şəhərlərarası magistral yollarda iri tonnajlı avtomobillərin qayda-qanunlara əməl etmədiyini, yol hərəkəti haqqında qanunun əsas müddəalarının sürücülər tərəfindən kobud şəkildə pozulduğunu qeyd edib. O, Bakı-Qazax magistral yolunda bir gündə həyata keçirilən reyd zamanı 49 ədəd normadan 3 dəfə artıq yük daşıyan avtomobillərin saxlanılaraq cərimələndiyini söyləyib. Daha sonra tədbirdə çıxış edən “Azəryolservis” ASC-nin məsul əməkdaşı Bayram Hüseynov bu gün ölkə yollarının iri tutumlu yük avtomobilləri tərəfindən bərbad hala salındığını bildirib. O, bir il əvvəl istismara verilmiş magistral yolların hazırda acınacaqlı vəziyyətə düşdüyünü söyləyib: “Təəssüflə deməliyəm ki, magistral yollarımız bərbad vəziyyətdədir. Buna səbəb isə iri tonnajlı maşınlarının normadan iki-üç dəfə artıq yükü daşımasıdır. Nəticədə yenicə istifadəyə verilən yollar sıradan çıxır”. O, həmçinin Nazirlər Kabineti tərəfindən ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən avtonəqliyyat vasitələrinə icazə verilən qabarit və çəki parametrlərinə dair qərarın təsdiq edildiyini qeyd edib. Müvafiq qərara uyğun olaraq müəyyən edilmiş standartlardan artıq yük daşıyan avtomobillərin bəzi yollarda hərəkətinə isə qadağa qoyulacaq. Mövcud qaydalara görə, yük maşınlarının hər oxuna 10 ton yük düşməlidir. Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə hündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır.
Daha sonra tədbirdə çıxış edən Respublika Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Ərəstun Məcidov da belə sürücülərlə mübarizə aparmağın həddən artıq çətin olduğunu vurğulayıb: “Ancaq buna baxmayaraq, biz bu kimi hallarla qanun çərçivəsində mübarizə aparırıq”. O, həmçinin qanunun tələblərini kobud şəkildə pozaraq normadan artıq yük daşıyan sürücülərə qarşı inzibati cəzayla yanaşı onların cinayət məsuliyyətinə cəlb ediləcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR