Bank Of Baku

Gəncədə Nizami Gəncəvinin restavrasiya olunmuş heykəlinin açılışı olub - FOTOSESSİYA

Gəncədə Nizami Gəncəvinin restavrasiya olunmuş heykəlinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 11 avqust 2009 06:56 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Nizami Gəncəvinin Gəncə şəhərindəki heykəlinin restavrasiya işlərinin tamamlanması ilə bağlı açılış mərasimi keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, şairin 1946-cı ildə heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən ucaldılmış abidəsinin postamenti yenidən işlənərək onun örtüyü naxışlı mərmər lövhələrlə əvəzlənib. Bundan başqa, heykəlin ətrafında 600 kvadratmetr əraziyə tamet döşənib, yeni işıq sistemləri quraşdırılıb və skamyalar qoyulub. Abidənin restavrasiyası 45 min manata başa gəlib.
Gəncə şəhər İcra Hakimiyyəti ilə şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkil etdiyi tədbir konsert proqramı ilə tamamlanıb. Konsertdə yerli sənətçilər Nizaminin sözlərinə yazılmış mahnılar səsləndirib, onun əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR