Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevirdə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozuntuları aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevirdə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozuntuları aşkarlayıb
# 11 avqust 2009 07:56 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi bu ilin 7 ayı Mingəçevir şəhərində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 44 akt və protokol tərtib edilib. Belə ki, aktlardan 3-ü su ehtiyatlarının mühafizəsi, 5-i tullantılardan düzgün istifadə edilməməsi, 3-ü atmosfer havasının mühafizəsi, 10-u flora, 8-i isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı olub. Ümumilikdə, 7 ay ərzində şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 11987 manat vəsait ödənilib.
Aşkar edilmiş ciddi nöqsanlara görə 15 şəxs barəsində cərimə tərtib edilərək onlardan 5-nin icrasını təmin üçün məhkəmə nəzarətinə göndərilib.
Təşkilat təsərrüfat və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə 7 iş üzrə 502,83 manat məbləğində iddia qaldırılmışdır. 6 iş üzrə 353 manat iddianın ödənilməsi təmin edilib.
Xidməti ərazidə yerləşən 130 obyektə 15283,73 manat məbləğində ödəniş tapşırıqları verilib, bunlardan 10939,04 manatın ödənilməsi təmin edilib.
Rayon məhkəməsinə baxılması üçün 2 iş göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR