Bank Of Baku

Azərbaycanın bölgələrində dolu və leysan gözlənilir

Azərbaycanın bölgələrində dolu və leysan gözlənilir
# 11 avqust 2009 08:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sabahdan Azərbaycanda havalar mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, avqustun 12-dən ölkədə şimal küləyi cənub küləyi ilə əvəz olunacaq, havanın temperaturu artacaq.
Abşeron yarımadasında gündüz saatlarında hava mülayim olsa da, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 21-23, gündüz 25-28 dərəcə olacaq. İ. Məmmədov yağışların avqustun 13-də dayanacağını, Azərbaycanın bölgələrində dolu və leysanın gözlənildiyini qeyd edib. O, yaxın iki gün ərzində Abşeron yarımadasında sərin hava şəraitinin üstünlüyü əksər meteohəssas insanlar üçün əlverişli olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR