Bank Of Baku

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyinə düçar olmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyinə düçar olmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunub
# 11 avqust 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəran şəhərində “Qafqaz Sahil” istirahət mərkəzində sosial qayğıya xüsusi ehtiyacı olan şəkərli diabet xəstəliyinə düçar olmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunub. Fondun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, avqustun 1-dən başlayan düşərgə bu ayın 15-dək davam edəcək.

Düşərgədə valideyni Qarabağ müharibəsi əlili, eləcə də məcburi köçkün və qaçqın ailəsindən, valideyn himayəsindən məhrum olan, bir ailədə 2 və daha çox şəkərli diabet xəstəliyindən əziyyət çəkən ailələrdən olan 30 uşağa 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq xidmət göstərir.

İstirahət müddətində uşaqlar ekskursiyalarda olur, Lənkəran şəhərinin tarixi yerlərinə gedirlər. Həmçinin burada müxtəlif idman yarışmalı və əyləncəli oyunlar keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR