Bank Of Baku

“Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı ilə görüşüblər

“Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı ilə görüşüblər
# 11 avqust 2009 10:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdə E. Usubov rayonda görülən işlər, dövlətin sərhədyanı bölgələrin inkişaf etdirilməsi üçün qarşıya qoyduğu məqsədlər və s. barədə danışıb.
İcra başçısı deyib ki, dövlət siyasətinin tərkib hissəsi olaraq Ağstafada da gənclərin intellektual imkanlarının inkişaf etdirilməsi, idmana cəlb olunması məqsədilə zəruri işlər görülür. Əhalinin işlə təmin olunması üçün rayonda yeni sənaye müəssisələri tikilir: “Almaniyadan olan mütəxəssislərin yaxından iştirakı ilə rayonda iri buynuzlu mal-qaranın ferması inşa ediləcək. Burada həmçinin süd məhsullarının da istehsalına başlanacaq”. E. Usubov bildirib ki, Qazax və Ağstafa bölgəsində məşhur olan “Dilboz” cins atlarının sayının artırılması üçün də rayonda lazımi işlər görülür.
Sonra Ağstafa RİH başçısı Yay Universiteti iştirakçılarının suallarını cavablandırıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanın əyalətlərində qadınların dövlət qurumlarına və bələdiyyələrə cəlb olunması arzuolunan səviyyədə deyil. Q. Paşayeva bələdiyyə üzvlərinin cəmi 4 faizinin qadınlar olmasını təəssüflə qeyd edib. O, Yay Universiteti iştirakçılarının yarısının qadın olmasını isə təqdirəlayiq hesab edib.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Gənclərə “Uğur”, “Tərəqqi”, “Etimad” və “İnkişaf” adlı qruplara bölünərək gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR