Bank Of Baku

Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları Azərbaycanın bir sıra rayonlarında araşdırma aparırlar

Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları Azərbaycanın bir sıra rayonlarında araşdırma aparırlar
# 11 avqust 2009 12:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları Azərbaycanın bir sıra rayonlarında elmi-tədqiqat işləri aparırlar. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın I vitse-prezidenti Arif Həşimov deyib. O bildirib ki, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları, ekspedisiyanın alimləri Qəbələ, Zaqatala, Goranboy, Şəmkir və daha bir neçə rayonda tədqiqat aparırlar: “Bu ekspedisiyaların həyata keçirilməsinə dövlət başçısı tərəfindən əlavə vəsait ayrılıb. Bu da ekspedisiyaların daha geniş şəkildə həyata keçirilməsinə imkan yaradır. Bundan başqa Azərbaycanın hansı zonasında, hansı ərazisində hər hansısa bir tikinti işləri və yaxud hər hansısa quruculuq işləri aparılarsa, o ərazilərdə mütləq Arxeologiya İnstitutunun arayışı olmalıdır, bizim institutunun əməkdaşları baxmalıdırlar ki, həmin ərazi tarixi əhəmiyyət kəsb edən ərazidir, ya yox. Bütün bunlar Arxeologiya İnstitutunun səlahiyyətlərindədir”.
A. Həşimov onu da deyib ki, Azərbaycanın müxtəlif ərazilərində tarixi əhəmiyyətə malik olan yerləri tarixi ərazilər kimi saxlamaq lazımdır: “Elə yerlər var ki, onları muzey kimi saxlamağa ehtiyac var və onlar saxlanılmalıdır. Ancaq heç bir əhəmiyyət kəsb etməyən yerlərdə muzey yaradılmasına ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR