Bank Of Baku

Lənkəranda Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi layihəsinin təqdimatı olub

Lənkəranda Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi layihəsinin təqdimatı olub
# 12 avqust 2009 14:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Respublika Gənclər və İdman Nazirliyi və “İrəli” Gənclər Təşkilatının birgə təşəbbüsü ilə bu gün Lənkəranda Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi layihəsinə start verilib. APA-nın cənub bürosunun xəbərinə görə, ümumilikdə 40 gənc oğlan və qızın qatıldığı layihə iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəbul edərək, onlara rayonun sosial-iqtisadi nailiyyətləri barədə məlumat verib. Layihənin koordinatoru İlgiz İsgəndərli isə çıxışında layihə çərçivəsində gənclər üçün komanda işinin təşkili məşğələlərinin, intraktiv seminarların, “Mədəniyyətlərarası dialoq” mövzusunda mühazirənin, layihə ideyaları üzərində işlərin, “Azərbaycan və Türkiyə münasibətləri” mövzusunda debatların, hər iki qardaş ölkənin mədəniyyət gecələrinin və digər rəngarəng tədbirlərin keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR