Bank Of Baku

Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları sərhədçilərlə görüşüblər

Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları sərhədçilərlə görüşüblər
# 12 avqust 2009 16:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları bu gün sərhədçilərlə görüşüblər. APA-nın məlumatına görə, gənc liderlər Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsində sərhədçilərlə bir gün keçiriblər. Milli Məclisin deputatı Qənirə Paşayevanın da qatıldığı tədbir zamanı layihə iştirakçıları öncə hərbi səhra şəraitində nahar ediblər. Sonra gənclərə hərbi hissə, Sərhəd Qoşunlarının xidməti fəaliyyəti barədə məlumat verilib. Gənclər hərbi hissədə Heydər Əliyev Mərkəzi, qərargah, əsgər yeməkxanası, yataqxanası, tibb məntəqəsi, idman meydançası ilə tanış olublar. Hərbi hissənin silah-sursatı, texnikası ilə də tanış olan gənc liderlərə hərbi texnikanın imkanları barədə də ətraflı məlumat verilib. Layihə iştirakçıları gənc əsgərlərin andiçmə mərasiminə hazırlıq prosesinə də tamaşa ediblər. Sonra hərbi hissənin konfrans zalında polkovnik İzəddin Musayev Azərbaycanın Sərhəd Qoşunlarının tarixi, inkişaf dövrü, məqsəd və vəzifələri barədə məlumat verib. Gənclərin lider olaraq formalaşması üçün zəruri olan məqamları diqqətə çatdırıb.

Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR