Bank Of Baku

Koreya gənclərinin Azərbaycana səfəri başlayıb

Koreya gənclərinin Azərbaycana səfəri başlayıb
# 13 avqust 2009 09:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Koreya arasında imzalanmış memoranduma, mübadilə proqramına əsasən Koreyalı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. APA-nın xəbərinə görə, 22 avqusta qədər davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Xaçmaz, Quba rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında, ali
məktəblərdə görüşlər keçirəcəklər.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2007-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təsdiq edilmiş sənədə əsasən artıq ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR