Bank Of Baku

Əlillərin informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə layihənin növbəti mərhələsi həyata keçirilir

Əlillərin informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə layihənin növbəti mərhələsi həyata keçirilir
# 13 avqust 2009 09:35 (UTC +04:00)
Bakı-APA. Əlil insanların informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə layihənin növbəti mərhələsi gerçəkləşməkdədir. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, yeni mərhələdə Naxçıvan Muxtar Respublikasında Regional İnformasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərində yaradılan mərkəzin xidmətindən şəhər, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar yararlana biləcək. Müasir texnologiyalarla təchiz olunan mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzi yaradılır. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazım olan informasiyanı əldə etməklə yanaşı, “Tanışlıq” bölməsinin köməyi ilə bir-biri ilə ünsiyyət qurmasına imkan yaradacaq. İkimərtəbəli binada yerləşən mərkəzə əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaq.
Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də analoji mərkəz yaradılır. Regional İnformasiya Mərkəzinin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Şəmkir rayonlarında yaşayan fiziki qüsuru olan 60 mindən cox insan istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR