Bank Of Baku

Qazaxda “Gənc Liderlər üçün Yay Universiteti”ndə Azərbaycan tarixi günü keçirilib

Qazaxda “Gənc Liderlər üçün Yay Universiteti”ndə Azərbaycan tarixi günü keçirilib
# 13 avqust 2009 10:55 (UTC +04:00)
Qazax. Ramil Məmədli – APA. Bu gün “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Qazaxda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə Azərbaycan tarixi günü keçirilib. APA-nın məlumatına görə, Azərbaycan tarixi günündə tarixçi-alimlər Cəmil Həsənli, Eldar İsmayılov və politoloq Rasim Musabəyovun iştirakı ilə gənc liderlərə Azərbaycanın tarixi, qloballaşma, azərbaycançılıq, millətləşmə, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi və digər mövzularda məruzələr ediblər. Müzakirələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli hədəflərin müəyyən edilməsi, milli kimliyimiz, qarşıda duran məsələlər barədə də danışılıb.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələr təmsil edən 130 gənc iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR