Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Avropa Komissiyasının təmsilçiləri ilə görüşüb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Avropa Komissiyasının təmsilçiləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 13 avqust 2009 12:22 (UTC +04:00)
Bakı-APA. Bu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin siyasi məsələlər üzrə məsul təmsilçisi Manfredas Limantas, nümayəndəliyin layihə rəhbəri Nikolay Bekazyak və maliyyə, müqavilə şöbəsinin əməkdaşı Lars Dal ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Şura ilə Avropa İttifaqının qurumları arasında birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Birgə layihələrin maliyyələşdirilməsinin hər iki təşkilat, həmçinin Azərbaycan QHT-ləri üçün önəmli olduğunu bildirən F. Qurbanov artıq Şuranın Dünya Bankı ilə bu cür müştərək layihələr həyata keçirdiyini qeyd etdi. F.Qurbanov bu əməkdaşlığın həm layihə ideyası, həm həyata keçirilən tədbirlər, həm də monitorinq üçün zəngin təcrübə verdiyini deyib.
Təmsil etdikləri qurumun Azərbaycan QHT-lərinə tezliklə texniki yardım etməyə hazır olduğunu deyən qonaqlar birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq üçün məsləhətləşmə və görüşlərin davam etdirilməsini vacib saydıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR