Bank Of Baku

Rusiya əhalisini kəskin azalma gözləyir

Rusiya əhalisini kəskin azalma gözləyir
# 13 avqust 2009 12:58 (UTC +04:00)
Bakı – APA. Yaxın 40 il ərzində Rusiyada əhalinin sayının kəskin zalacağı və 2050-ci il üçün 110 mln. nəfərə düşəcəyi gözlənilir. APA-nın məlumatına görə, bunu «Population Reference Bureau» tədqiqat təşkilatının ekspertləri söyləyib.

Tədqiqat aparmış mütəxəssislər bildiriblər ki, 2008-ci ildə Rusiyada yeni doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 12 körpə, ölənlərin sayı isə 15 nəfər təşkil edib. Bu isə əhalinin artım tempinin mənfi göstərici ilə ifadə olunduğundan xəbər verir. Analitiklər hesab edirlər ki, əgər yaxın illərdə bu sahədə vəziyyət yaxşılaşmasa, artıq 2025-ci ildə Rusiya əhalisinin sayı 129,3 mln. nəfərədək, 2050-ci ilə qədər 110,1 mln. nəfərədək azalacaq. Bu isə 22% azalma deməkdir.

Qeyd edək ki, hazırda Rusiya əhalisinin sayı 142 mln. nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR