Bank Of Baku

Azərbaycan paytaxtında yeni yaşayış binası Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Azərbaycan paytaxtında yeni yaşayış binası Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
# 13 avqust 2009 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Nərimanov rayonunda inşa olunmuş 4 mərtəbəli, 36 mənzilli yaşayış binası Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, binanın açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni mənzil alan insanları bu münasibətlə təbrik edib, ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər və onların müsbət nəticələri, həmçinin əlil və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1999-2008-ci illər ərzində 2 763 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib. O cümlədən, 1999-cu ildə 147, 2000-ci ildə 126, 2001-ci ildə 148, 2002-ci ildə 140, 2003-cü ildə 151, 2004-cü ildə 165, 2005-ci ildə 113, 2006-cı ildə 434 (İcra Hakimiyyətləri ilə birgə), 2007-ci ildə 943 (İH ilə birgə) və 2008-ci ildə 396 mənzil əlil və şəhid ailələrinə təqdim olunub.

Cari ilin əvvəlindən indiyədək Tovuz, Sabirabad və Ucar rayonlarında hər biri 16 mənzilli yaşayış binaları, həmçinin müxtəlif bölgələrdə 40 fərdi yaşayış evi adıgedən təbəqələrdən olan vətəndaşlara təqdim olunub. Ümumiyyətlə, 2009-cu ildə 21 çoxmənzilli və 40 fərdi yaşayış evinin, ümumilikdə 700-dən artıq mənzilin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR