Bank Of Baku

Belarus Tikinti və Arxitektura Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir

Belarus Tikinti və Arxitektura Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
# 13 avqust 2009 13:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Belarus Tikinti və Arxitektura Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin layihə işləri, şəhərsalma və arxitektura idarəsinin rəisi Valentina Nazaruk başçılıq edir.
İki günlük səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Şəhərsalma və Arxitektura Komitəsində görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə ediləcək, eləcə də iki qurum arasında tikinti və tikinti layihələrinin ekspertizası sahəsində əməkdaşlıq haqqında saziş imzalanmasının mümkünlüyü müzakirə olunacaq.
Səfər bu il mayın 5-də Minskdə keçirilmiş Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasında əldə olunmuş razılıqlar çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR