Bank Of Baku

Almaniyanın Baden-Vütemberq Federal Torpağının baş naziri Göygöl rayonunda olub

Almaniyanın Baden-Vütemberq Federal Torpağının baş naziri Göygöl rayonunda olub
# 14 avqust 2009 07:12 (UTC +04:00)
Göygöl. Cəmşid Bəxtiyar-APA. Almaniyanın Baden-Vütemberq Federal Torpaqlarının baş naziri Qünter Ettinqerin başçılıq etdiyi 70 nəfərlik nümayəndə heyəti Göygöl rayonunda olub. APA-nın qərb bürosunun məlumatına görə, Göygöl (keçmiş Helendorf) şəhərinin salınmasının 190 illiyi münasibətilə bölgəyə səfər edən qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Rövşən Rzayev, Aydın Abbasov, Qənirə Paşayeva, Fazil Qəzənfəroğlu və digər yerli rəsmilər müşayiət edib. Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qonaqları yeni salınmış istirahət guşəsi, mədəniyyət və istirahət parkı, 1854-cü ildə tikilən alman lüteran kilsəsi, almanlar tərəfindən salınan 5 tarixi küçə ilə tanış edib. O, həmin küçələrin olduğu kimi qorunub-saxlanılmasını, lüteran kilsəsinin də daxil olduğu yerli əhəmiyyətli 31 tarixi abidəyə qayğı və diqqət göstərilməsini qonaqların diqqətinə çatdırıb.
Baş nazir Qünter Ettinqer Azərbaycanda alman irsinə münasibətdən razı qaldığını bildirib: “Biz bu gün bir daha əmin olduq ki, Azərbaycan xalqı dərin mədəniyyətə sahib, tolerant bir ölkədir. Mən Azərbaycanla Almaniya arasındakı isti və xoş münasibətləri ürəkdən dəstəkləyirəm”.
Qonaqlar Göygöldə şərabçılığın inkişafı ilə də tanış olub, şərab zavoduna baş çəkiblər. Günün sonunda isə rayon İcra Hakimiyyəti binasının akt zalında rayon ictimaiyyətinin də qatıldığı “Helendorf -alman irsi” mövzusunda konfrans keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR