Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıb
# 14 avqust 2009 07:47 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 3-9 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunub. Ümumilikdə 6 iş üzrə 11000 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi üzrə 3 akt və protokol tərtib olunub. Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 4 iş üzrə 8000 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və protokol tərtib olunmuş, 1 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 1 iş üzrə 1000 manat məbləğində cərimə tətbiq edilib.
Faunanın mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR