Bank Of Baku

Qəbul qaydaları ilə əlaqədar TQDK-ya 20 mindən artıq şifahi müraciət daxil olub

Qəbul qaydaları ilə əlaqədar TQDK-ya 20 mindən artıq şifahi müraciət daxil olub
# 14 avqust 2009 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Azərbaycanda cari tədris ilində ali və orta ixtisas məktələrinə qəbul qaydaları ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 20 mindən artıq şifahi müraciət daxil olub. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə TQDK-ya 1 114 nəfər rəsmi ərizə ilə müraciət edib ki, əsas müraciətlər bal arayışları ilə bağlı olub: «Bundan başqa, 796 nəfər öz səhlənkarlığı ucbatından, yəni pin-kodu, parolu və sairə itirdiyindən TQDK-ya müraciət edib. Eyni zamanda, 1 117 nəfər sənədlərin düzgün olmaması ilə əlaqədar komissiyaya müraciət edib ki, bütün sual və müraciətlər cavablandırılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR